Dərc edildi: Baxış sayı: 429
Aşıq Qurbani - Ay oğlan
Şirin yuxusuna qurban olduğum,
Gözlәrin aç, mehribanım, ay oğlan!
Bu hәsrәt gözlәrim baxsın gözünә,
Tәzәlәnsin din-imanım, ay oğlan!
Kәnardan baxmaqla doya bilmirәm,
Üzüm üzün üstә qoya bilmirәm,
Xuban yanımdadı, deyә bilmirәm,
Aç gözünü, çıxdı canım, ay oğlan!
Artırma könlümün dәrdü-sәrini,
Yaxşı var, yaman var, bunda görünü.
Başına dolandır mәzlum Pәrini,
Aç gözünü, yox tavanım, ay oğlan!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət