Dərc edildi: Baxış sayı: 436
Aşıq Qurbani - Almağa gəlmişəm
Ellər köçdü yaylasına, dayandı,
Sizin dağdan qar almağa gəlmişəm.
Könül quşu dövr eyləyir bu dağda,
Zənbur mənəm, bar almağa gəlmişəm.
Sevgilimin qaşı Kəbə küncüdü,
Mən öləndə kimlər ona yöncüdü?
Ağız süddü, diş dürr, dahan incidi,
Sərraf mənəm, zər almağa gəlmişəm.
Başına döndüyüm, şahlarm şahı,
Səni gördü gözüm, çəkmərəm ahı,
Qurbani der: budu sözün kütahı,
Müxtəsəri, yar almağa gəlmişəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət