Dərc edildi: Baxış sayı: 412
Aşıq Qurbani - Açılmış
Pərimin bağmda seyran eylədim,
Sanasan bağçada güllər açılmış.
Çıxardım könüldən dərdi, qubarı,
Xoş göftarlı şirin dillər açılmış.
Sifətdə Züleyxa - yarı Yusifin,
Xubların xubusan eylərəm vəsfin,
Boyu uzun, beli incə məhbubun,
Buxağmda gözəl xallar açılmış.
Hasil oldu Qurbaninin diləyi,
Tanımaram nə sultanı, nə bəyi,
Mirvari qolbağı, bəyaz biləyi,
Dal gərdəndə siyah tellər açılmış.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət