Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Qurban - Yaraşır

Aşıq Qurban - Yaraşır
Sakura

Aşıq Qurban - Yaraşır

Qiyasbəyov Həsən bəyə
Bir yaxşı dastan yaraşır.
Qurşasın kəmərini
Ol Şahi-Mərdan, yaraşır;
Şəninə şikar alan
Alıcı tərlan yaraşır;
Səxavətdə Hatəm kimi,
Hökmü Süleyman yaraşır;
Layiqdi bu oğlana,
Qafqaza sultan yaraşır.

Atası Səməd ağanı
Eşidib hər yan, bilirəm;
Kəlməsinin qiyməti yox,
Bağlayıb çox qan, bilirəm;
Çoxunu dardan qurtarıb,
Eyləyib ehsan, bilirəm;
Peyğəmbər bərat eləsin 
Cənnəti-Rizvan, yaraşır.

Qaynayır samavarı,
Yanında ağır yığnağı;
Gümüş qab, xas istəkanı
Dəstində gəzdirir sağı;
Erkək kəsir, şülən çəkir,
Quburnat, sərdar qonağı;
Təmkini padşahyana,
Müxtəsəri, sözün sağı;
Günbəgündən artıq olsun
Bu qurğu, dövran yaraşır.

Ata-babadan tanıram,
Kişinin əsli, zatı var;
Çiynində süzən tüfəng,
Altında köhlən atı var;
Padişahdan talğası,
İlahidən baratı var;
Qırantlar mərmər daşında.
Behişt kimi büsatı var;
Mehman otağa layiqdi,
Otağa mehman yaraşır.

Cəmi bəylərin bəyidi,
Yüz yaşasın Həsən ağa!
Aşıq gördüyünü deyər,
Dilinə yoxdu qadağa;
Bir belə mərd iyidin
Yolunda sərim sadağa;
Kəlməsinə onluq verir,
Aşığı gəlir damağa;
Qulluğunda söhbət açır,
Eləyir dövran, yaraşır.

Yetiyəm xəsyətinə,
Yaxşıdı halı, söylərəm;
Dürrü gövhər kəlməsi var,
Ləldən bahalı söylərəm;
Zəfəranlı ağ plovu,
Əmliyi, balı, söylərəm;
Hər yerdə bəhsin salıb,
Gəzib mahalı, söylərəm;
Vəsfini dastan eyləyib
Bu yazıq Qurban, yaraşır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR