Dərc edildi: Baxış sayı: 567
Aşıq Qoca - Olubdur
Qızlar gəlir dəstə-dəstə,
Qəddi mina, boyu bəstə.
Bülbül ötür qönçə üstə,
Bağlar təzə gül olubdur.
Seyraqıb, gözünə millər,
Səhər-səhər əsir yellər,
Ağ üzə tökülüb tellər,
Sonam yeri göl olubdur.
Açılıb Qocanın baxtı,
Düşmənin çevrilib taxtı,
Bu sinəmin çoşğun vaxtı,
Toylub, şanlı el olubdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət