Dərc edildi: Baxış sayı: 607
Aşıq Pəri - Zalım Şəcər dad əlindən
Zalım Şəcər dad əlindən,
Sən ha nahaq qan eylədin.
Zülm ilə könlüm şəhrini,
Gör necə viran eylədin.
Saymadın sultanı, xanı,
Eyləyibsən nahaq qanı,
Badam kimi novcavanı,
Yer ilə yeksan eylədin.
Necə qıydın gülzarına,
Pünhan keçən iqrarına,
Saldın yollar kənarına,
Dörd yanı al qan eylədin?
Pərinin dərdi tüğyandı,
Sakin yeri Maralyandı,
Gülüm qönçəsində yandı,
Bülbüllər əfqan eylədi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət