Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Pəri - Danış (Aşıq Pəri, Mirzəcan Mədətov)

Aşıq Pəri - Danış (Aşıq Pəri, Mirzəcan Mədətov)
Sakura

Aşıq Pəri - Danış (Aşıq Pəri, Mirzəcan Mədətov)

Aşıq Pәri
Şairi-sәnsәn zәmanә, mәrdi-meydandan danış,
Әzbәr eylә dildә dәftәr, cövhәri-candan danış,
Yeddi yerdir, yeddi göydür, yeddi әzbәrdәn sual,
Yeddi mәna, yeddi qüslü yeddi gövhәr hәm kәmal,
Yeddi bürcdә yeddi ulduz, hәşt cәnnәt bimisal,
Yeddi rәkәt, yeddi imam, yeddi әrkandan danış!
 
Mirzәcan
Sevmә sәn әfsanәni, gәl, ey Pәri, yardan danış,
Neylәrәm üqba işin, sәn kimi dildardan danış,
Yeddi yerdәn, yeddi göydәn neylәrәm etmәk sual,
Tapmışam bir mürşidi, kәsb etmişәm ondan kәmal,
Çәkmәnәm rizvan qәmin bu dünyada versәn macal,
Aşiqә cövr eylәyәn yari-sitәmkardan danış!

Aşıq Pәri
Yetgilәn Qüdsi-Xәlilә miqdis ilә mahrasa
Әqlini tәğyir etdi, aldı sәrdәn kәlisa,
Әzbәr eylә hәr saәtdә zikri-Mәryәm hәm İsa,
Gah İncil, gah Cәm-cәm, gah әrkandan danış!

Mirzәcan
Tapmışam Qüdsi-Xәlili, mahrasanı neylәrәm?
Әldә tәsbih ilә zünnarü әsanı neylәrәm?
Bu Pәri şeyda qılıb, hәzrәt Musanı neylәrәm?
Sevmәrәm Tövrat, Zәburu, sәn çalan tardan danış!

Aşıq Pәri
Tapdığın tәrsa yoludur, eylәmә zövqü hәvәs,
Badeyi-gülguna tәhsin etmәsin nitqü nәfәs, 
Qaidә-qanun budur qalü bәladәn xaçpәrәs
Çağırar İsa, kәlisa göftügu candan danış!

Mirzәcan
Mәndә can yox, eylәmә sәyi-әbәs, bica hәvәs,
Mürği-can pәrvaz edib, cismim qalıb xali qәfәs,
Gәl mәnә zülm eylәmә, nalәm salır dünyaya sәs,
Alәmi qәrqә verәn bu çeşmi-xunbardan danış!

Aşıq Pәri 
Ey Pәri, oldu dili-şeyda rәdifi-әlbәәl,
Sәn tәriqәtdәn ötüb, ürfan yoluna qoy mәhәl,
Yәmdә mahi, göydә günbәd var Mәrrixü Zühәl,
Abi-heyvan, şaxi-tuba, baği-rizvandan danış!

Mirzәcan
Tapalı eşqin yolun bir böylә işi neylәriz?
Әqlimiz heyran olubdur, dinü kişi neylәriz? 
Gәl edәk zövqü sәfa, molla-keşişi neylәriz?
Mirzәcanı öldürәn bu ah ilә zardan danış!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR