Dərc edildi: Baxış sayı: 615
Aşıq Pəri - Ağlaram (Nagahandan böylə düşdüm dərdə mən)
Nagahandan böylə düşdüm dərdə mən,
Necə çəkdim eşq üzünə pərdə mən?
Gözü yaşlı gəldim Tağaverdə mən,
Pərişan olubdur tellər ağlaram.
Bir şahəndaz şahbarım gedibdir,
Kəsilübdür ixtiyarım, gedibdir,
Köksü dağlı bir tavarım gedibdir,
Quruyub, dağ olub dillər, ağlaram.
Bir Pəri dil aramında qan ağlar,
Çəkilib sinəmə dügünlü dağlar,
Ölübdür bülbülüm, lal olub bağlar,
Saralıb-sovrulub güllər, ağlaram.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət