Slimfit
  1. BİOQRAFİYA

Aşıq Pəri

Aşıq Pəri
Sakura

Aşıq Pəri - Azərbaycanlı aşıq-şairə

Aşıq Pəri (d.təqr. 1811, Qarabağ, Xırdapara-Dizaq mahalı, Maralyan k. - ö.1847) — Azərb. aşıq-şairi.

Aşıq Pəri 1811-ci ildə Cəbrayılın Maralyan kəndində anadan olub. Məktəbi bitirdikdən sonra aşıq şeri ilə maraqlanmağa başlayıb. Qısa zaman içində şan-şöhrəti hər yana yayılıb və öz dövrünün aşıqlarının diqqətini özünə çəkib. Təxminən 1830-cu ildə Şuşaya köçüb və ömrünün sonuna qədər burada yaşayıb.

Firidun bəy Köçərli onun bilikli, gözəl bir xanım olduğunu yazır. Aşıq məclislərində böyük hörmətə sahib olub. Şairlər onun gözəlliyini öz şeirlərində vəsf etmişlər.

Aşıq Pəri Mirzə Həsən bəy Mirzə, Kərbəlayı Abdulla Canızadə, Cəfərqulu xan Nəva, Məhəmməd bəy Aşiq, Mirzəcan Mədətov və s. aşıqlarla və şairlərlə deyişmişdir. Bu deyişmələrin hamısında uğur qazanmışdır.

Gözəl şerləri və hazırcavablığı ilə az bir zamanda Qarabağ şairlərinin diqqətini cəlb etmiş, tez-tez Şuşada keçirilən şer məclislərinin iştirakçısı olmuşdur. 1848 ildə öldüyü ehtimal olunur. Ədəbi irsi tam şəkildə dövrümüzədək gəlib çatmamışdır; yalnız 40-50 şeri məlumdur. Şerləri ilk dəfə Mirzə Yusif Qarabağinin "Məcmueyi-divani-Vaqif və müasirini-digər" (1856) məcmuəsində, sonralar isə A.Berjenin tərtib etdiyi "Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" (Leypsiq, 1867) kitabında dərc olunmuşdur.

Əlimizdə əsasən qoşmaları var. Bu qoşmalar sadə və anlaşıqlı bir dillə söylənilmişdir. Aşıq Pəri təxminən 1847-ci ildə Şuşaşəhərində vəfat etmişdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR