Dərc edildi: Baxış sayı: 563
Aşıq Ömər - Xəbərin varmı
Ala gözlü, nazlı dilbər,
Halından xəbərin varmı?
Səni məndən ayırdılar,
Zülümdən xəbərin varmı?
Bu gün dersən, yarın dersən,
Əğyara yardım edərsən.
Ayrılığa zülüm dersən
Ölümdən xəbərin varmı?
Ala gözlərin süzülmüş
Ləbindən şəkər əzilmiş.
Əbrişim qurşan çözülmüş
Belindən xəbərin varmı?
Ömər edər gülüşmüşlər
Aşiqlərin yanılmışlar.
Bağçanda gülün dərmişlər
Bağından xəbərin varmı?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət