Dərc edildi: Baxış sayı: 596
Aşıq Ömər - Sevdiyim
Sallana-sallana nerdən gəlirsən?
Nədir məsləhətin, işin sevdiyim?
Qaldır niqabını görüm üzünü
Ağzının içində dişin sevdiyim.
Ağacın çüıüyü özündən olur,
İyidin kötüsü sözündən olur,
E1 üçün ağlayan gözündən olur,
Ağlama, ey gözün yaşın sevdiyim.
Dan ulduzu kimi parladm, çıxdın
Vücudum şəhrini odlara yaxdın.
Cənnəti-əladan yenimi çıxdın?
A1 vəlvəli yaşıl başın sevdiyim.
Sən qərib Ömərin nazlı yansan
Etdiklərindən də peşman olarsan.
Dünya səne qalmaz, bir gün ölərsən
Məzann üstündə daşın sevdiyim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət