Slimfit
  1. PSİXOLOGİYA

Aşiq olmaq insanı arıqladır

Aşiq olmaq insanı arıqladır
Sakura

Aşiq olmaq insanı arıqladır

Sevgiyə aid minlərcə şeir, mahnı, dastanlar yazılıb, filmlər çəkilib. Yenə də sevginin əsl formulunu hələlik tapan olmayıb.

''Ölkə.Az'' xəbər verir ki, aşiq olmaq arıqlamaq üçün daima motivasiya qaynağı olmuşdur və aşiq olan insanlar fiziki görünüşünə daha çox fikir verirlər. Mütəxəssislər aşiq olan hər 10 nəfərdən 8-nin arıqladığını müşahidə ediblər. İngiltərənin Birmingham universitetinin araşdırması göstərib ki, aşiq olanlar 5 kilo arıqlayıblar. Araşdırmaya qatılan aşiq qadınların yüzdə 62 faizi, kişilərinsə yüzdə 50 faizi münasibətə başladıqdan sonra çəki itirdiklərini deyiblər.

Belə ki, sevgi hissi bədənimizin biologiyasını dəyişdirən hissdir. Aşiq olan zaman bədənimizdə ifraz olan melatonin, seratonin, adrenalin və oksitosin hormonları obezdən xərçəngə qədər bir çox xəstəliyə şəfa olur. Sevgi bədənimizdə melatonin hormonunu ifraz edərək, immun sistemimizi gücləndirən, hüceyə yenilənməsini sürətləndirən, daha keyfiyyətli yuxu yatmağımıza, asan çəki atmağımıza səbəb olan duyğudur. Aşiq olduğumuzda gözlərimizin və dərimizin parlaması ifraz olunan hormonlarla əlaqədardır.

Unutmayaq ki, ifraz olunan hormonlardan seratoninin digər adı xoşbəxtlik hormonudur. İnsana xoşbəxtlik, canlılıq, yüksək düşünmə qabiliyyəti bəxş edir. Üstəlik artıq enerji və az iştaha səbəb olaraq tez arıqlamağa kömək edir.

Aşiq olan zaman ifraz olan adrenalin hormonu orqanizmin sürətli çalışmasına və daha çox kalori yandırmasına kömək edir. Yəni yediklərimizi daha tez həzm edib çəki atırıq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR