Dərc edildi: Baxış sayı: 584
Aşıq Murad Məhəmməd oğlu - Arasında
İstəsən hörmətin, üzün ağ olsun,
Şirin dilin ola bal arasında.
Aşiqinə zövqü-səfa bəxş edir,
O qələm qaşların xal arasında.
Cəfakeşsən, məşəqqətə sinə gər,
Mətləbi qan, hər söhbətə qulaq ver.
Sənətkarın qiymətini el verər,
Qədir-qiymət lazım el arasında.
Puçdur, nəyə lazım dövlətin, varın,
Qulluğunda yoxsa vəfalı yarın.
Varsa ağ sinədə cüt qoşa narın,
Murad, səhərəcən öl arasında.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət