Dərc edildi: Baxış sayı: 799
Aşıq Mirzə Bilal - Düşüb millət arasına
Bu ədavət nədir, balam,
Düşüb millət arasına?
Dedi-qodu, qeybət, yalan
Düşüb millət arasına.
Qan-qan deyən, insafa gəl,
Nəyə lazım silah-səngər.
Köhnə bəla, təzə əngəl
Düşüb millət arasına.
Yaxşı bilir bütün mahal,
Keçsin deyə bu ağır hal
Saz götürüb Aşıq Bilal,
Düşüb millət arasına.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət