Dərc edildi: Baxış sayı: 775
Aşıq Məsim Bəyazidli - Sarvan qızı
Nagahdan uğradın qafildan mana,
Sandım ki, ceyransan, a Sarvan qızı.
Qıyğacı baxışın aldı canımı,
Dərdlərə dərmansan, a Sarvan qızı.
Özün çox gözəlsən, həm də innabı,
Sandım ki, üstünə müşkülər yağıb.
İnanmıram səni analar doğub,
Ərşdəki qılmansan, a Sarvan qızı.
Mana irast oldu dəmir yolunda,
Dəftəri, qələmi, vardı əlində.
İsmi əzbər olub Məsim dilində,
Sazlarda dastansan, a Sarvan qızı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət