Dərc edildi: Baxış sayı: 685
Aşıq Məsim Bəyazidli - Keçdi
Borçalı elində yol kənarında,
Sallandı qarşımdan yar gəldi, keçdi.
Bircə soruşmadı ərzi-halımı,
Gen dünya başıma dar gəldi, keçdi.
Al-yaşıl geyinib, xınalı dəsti,
Yel vurduqca cığalı telləri əsdi.
Qıyğacı baxışı səbrimi kəsdi,
Çiskinli, boranlı qar gəldi, keçdi.
Aşıq Məsim dərdin, qəmin kanıdı,
Şirin ləblərindən əmən qənidi.
Bir dönüb baxmağın can dərmanıdı,
Qıymadı qoynundan nar gəldi, keçdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət