Dərc edildi: Baxış sayı: 639
Aşıq Məsim Bəyazidli - Amandı
Başına döndüyüm xanım növcavan,
Mayıl oldum qoşa gözə, amandı.
Gərək bu dostluğu yetirək başa,
Uymuyasan əyri sözə, amandı.
Kərəm kimi mən də sevdim tərsanı,
Gözüm olsun gözləriyin qurbanı,
Yorulmaram sənlə gəzsəm dünyanı,
Kefə gedək bir Tiflisə, amandı.
Elim Borçalıdı, Bəyazid kəndim,
Min gözəl içində səni bəyəndim.
Sən Əslini sevdim, Kərəmtək yandım,
Məsim yazdı vəsfin saza, amandı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət