Dərc edildi: Baxış sayı: 520
Aşıq İdris - Zərnişanım
Zərnişanım, gözlə, gözlə yolumu,
Səndən üzülməmiş gümanım mənim.
Oğul əmanəti, qız əmanəti,
Yaxşı saxla, dinim-imanım mənim.
Qoyma ürəyimdə arzu pasdana,
Göz yaşından tər yanağın isdana.
Dikilsin yoluma gözün mastana,
İstəkli sevgili, cananım mənim.
Uzaqdan-uzağa sən məni dinlə,
Ucalır avazım hey pillə-pillə.
Yayınmır düşmənə atdığım güllə,
Əyilməz ərlərdir həyanım mənim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət