Dərc edildi: Baxış sayı: 520
Aşıq İdris - Dolana bilməzsən
Aşıqsan dədə tək dillən, söhbət aç,
Könül bulandırıb qatma aranı.
Kükrəmə boş yerə yaydı, ay kişi,
Tökmə başımıza qarı, boranı.
Saza heyfin gəlsin, söz fikir ver,
Ayağın altından niyə qaçır yer?
Səninki odur ki, yıx, dağıt, devir,
Cəmləşdir əlində pulu-paranı.
Belə aşıq olmaz eldə-obada,
İnsafı mürvəti veribsən bada.
İdrislə öcəşmə, deyilsən xata,
Dolana bilməzsən dağı-aranı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət