Dərc edildi: Baxış sayı: 522
Aşıq İdris - Belə
Saxla əllərini zalım zülümkar,
Çəkmə sinəm üstə şallağı belə.
Füqəranın ahı tutar səni bil,
Quruyubdur dili, dodağı belə!
Alma əlimizdən varı görəndə,
Dərmə bağçamızdan barı görəndə.
Yoxsul sən tək canavarı görəndə,
Tutulur əlləri ayağı belə!
İdrisi salma bəndə, cəliyə,
Lənət olsun mərdi-məzar dəliyə.
Sormaqda bənzəyirsən zəliyə,
Vurursan əjdahı sayağı belə!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət