Dərc edildi: Baxış sayı: 649
Aşıq Hüseyn Şəmkirli - On beş il
Bəlkə məni nəzərindən salan var,
Yada salmaz üç il, beş il, on beş il.
Heç deməzmi mənim dərdim çəkən var,
Həsrət qalar üç il, beş il, on beş il.
Dərya elmim vermək olmaz ay ada,
Təbib olan, çağır gəlsin aya da,
Göz görməsə, ağıl salmaz a yada,
Gəl görməyə üç il, beş il, on beş il.
Aşıq Söyün qalıb dərd ayağında,
Xəstə şəfa bular dərd ayağmda,
Ahu seyr eləyər dərd ayağmda,
Ovçu gözlər üç il, beş il, on beş il.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət