Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Hüseyn Şəmkirli - Bu gələn

Aşıq Hüseyn Şəmkirli - Bu gələn
Sakura

Aşıq Hüseyn Şəmkirli - Bu gələn

Həzarat, bircə baxın, 
Canlar alandı bu gələn. 
Gözlər cəllada dönüb,
İsmi Qaytandı bu gələn. 
Özü bir səxa kanı,
Adil divandı bu gələn.
Özü gül, saçı sünbül. 
Yaqut-Yəməndi bu gələn. 

Yaquta bənzər yanağı, 
Mərmərə bənzər buxağı, 
Bir aya bənzər qabağı, 
Kövsərə bənzər dodağı, 
Ağ gülə bənzər ayağı,
Qoy bassın gözüm üstə, 
Qucmalı candı bu gələn.

Bağlayıb gümüş kəmər,
Üstü tamam danə nişan. 
Geyinib qəddi-dala,
Tər libası, tər yaraşan.
Ağ əndam başdan-başa,
Ətiri gül, müşk-fəşan.
Al yanaq, ayna qabaq,
Siyah zülfü ənbər əfşan.

Həm didarı şirindi,
Həm göftarı şirindi,
Bağça barı şirindi,
Qoşa narı şirindi.

Bir belə bəşər olmaz, 
Huri-qılmandı bu gələn.
Axşam, sabah mən dolandım, 
Belə gözəlin başına.
Vəsməni çəkib gözünə, 
Sürməni yaxıb qaşma.
Keçirib qızıl tana,
Nazik əliynən guşuna.
Canı qurban edəsən,
Bir belə cənnət quşuna. 
Götürüb sitarəni,
Mərməri basıb döşünə. 

Döşündə məməsi var, 
Qızıldan düyməsi var,
Nə şirin həvəsi var,
Kəklik kimi səsi var,
Bir ağır ölkəsi var,

Ölkəsinə qurban olum,
Misrə sultandı bu gələn.
Gecə-gündüz əməsən, 
Ləblərindən misli-gülab. 
Eşqinə düşənlərin,
Canmda qalmayıbdı tab.
Nə yatım, nə dincəlim, 
Gözlərimdə olmayıb xab. 
Bir miskin gəda ola, 
Mənim kimi xanəxərab. 
Zəhər versən içərəm,
Nə ki əllərinlə şərab. 

Nazik əlinə qurban,
Qara telinə qurban,
İncə belinə qurban,
Danış, dilinə qurban, 
Gələn yoluna qurban,

Bu gəlişdə insan olmaz, 
Nuşirəvandı bu gələn.
Biçarə Aşıq Söyün,
Bax yar nə nazman gəlir. 
Geyinib qəddi-dala, 
Küləcə xəzinən gəlir. 
Yığıbdı gözəlləri,
Qırx incə qızınan gəlir. 
Götürüb setarəni,
Söhbəti sazınan gəlir. 
Deyəsən, şeyda bülbül, 
Baharü yazınan gəlir. 

İçməmişəm, ayılam,
Ağıl gedib zayılam, 
Comalına mayılam,
Hər nə desən qayılam, 
Qapınızda sayılam,
Mənə inayət eləsin, 
Dərdə dərmandı bu gələn

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR