Dərc edildi: Baxış sayı: 692
Aşıq Hüseyn Bozalqanlı - Yaxşıdı
Əzəl bir adamla dostluq eyləsən,
Onu çəksən imtahana, yaxşıdı.
Baxdın, gördün, ilqarına kəc oldu,
Ona tapsan bir bəhanə, yaxşıdı.
Hər kimsə ki, olsa nütfədən halal,
Şirin ləhcə, xoş sədaqət, düz xəyal,
Anlaqlı, həm mərifətli, pürkamal,
Kimdə olsa bu nişanə, yaxşıdı.
Hüseynin sözləri aşikar olar,
Qanana nəsihət yadigar olar.
Çox gülüb danışan biilqar olar,
Əhdə ilqar hər insana yaxşıdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət