Dərc edildi: Baxış sayı: 579
Aşıq Hüseyn Bozalqanlı - Yaxşı at
Səyyad olub ov bərəsin keçəndə,
Yaxşı yerdə yaxşı gözlə, yaxşı yat.
Ovun gəlib bərəsinə çatanda,
Sərvaxt dayan, dürüst tuşla, yaxşı at.
Bekar arvad cavan əri qocaldar,
Əsil arvad çox dərdini azaldar,
Üç şey deyim insan başın ucaldar,
Yaxşı səxa, yaxşı süfrə, yaxşı ad.
Arsız qohum xalqı sənə güldürər,
Pis qardaşın dərdi adam öldürər,
Hüseyn deyər, yralsan da qakhrar,
İgid düşmən, ilqan dost, yaxşı yad.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət