Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Hüseyn Bozalqanlı - Qayıtdı

Aşıq Hüseyn Bozalqanlı - Qayıtdı
Sakura

Aşıq Hüseyn Bozalqanlı - Qayıtdı

Bir Sona sallandı çıxdı xanadan,
Süzdü, oylağına dəydi, qayıtdı.
Axtardı Səyyadın, bula bilmədi,
Gördüm ki, pərişan oldu, qayıtdı.

Gecənin nisfində yatan çağında,
Sevgilər ixtilat qatan çağında,
Maral bərəsinə çatan çağında,
Yad ovçudan o, xof aldı qayıtdı.

Baxdım bu gəlməyin qeyri-qəsdi var,
Bəzəyin, ziynətin şövqi-şəsti var,
Anladım dilbərin yəqin dostu var,
Arif eyhamından bildi qayıtdı.

Ağlibas, ağ bədən, bir məhcəmaldı,
Hürüdü, pəridi, mələk misaldı,
Mürğ-ruhum1 uçdu, rəngim saraldı,
Ağlımı başımdan aldı qayıtdı.

Dostumu nəfsimə sata bilmədim,
Atdım müjgan oxun, ata bilmədim,
Ha yüyürdüm, daldan çata bilmədim,
Hüseynə çəngəlin çaldı qayıtdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR