Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Hüseyn Bozalqanlı - Olacaqdır

Aşıq Hüseyn Bozalqanlı - Olacaqdır
Sakura

Aşıq Hüseyn Bozalqanlı - Olacaqdır

Könül, talib olub uyma şeytana,
Fitnə, şəmatəsi şər olacaqdır.
Bu dünya bir bağdı, bağbanı iblis,
Alması, heyvası, nar olacaqdır.

Gözəllər təşbehdi bağın gülünə,
Mail olma şirin ləhcə, dilinə.
Həvəslənib sığal vermə telinə,
Məhşərdə hər muyun mar olacaqdır.

Aldanma cifəyə, uyma fənaya,
Güvənmə dövlətə, simü-tilaya.
Bir gün apararlar dari-uqbaya,
Simu-zərdən əlin car olacaqdır.

Əməl bir parçadı, mələklər dərzi,
Dərk eylə vacibi, sünnəti, fərzi.
Nəkrail hayxırıb, çalanda gürzü,
Rövşən gözün tiri-tar olacaqdır.

Nütvədən pak olan siratdan keçər,
Müxənnət münkiri almazlar biçər.
Səxavət əhlini mələklər seçər,
Kövsəri-rizvandan yer olacaqdır.

Alma həqqünnasdı, tamı şirindi,
Heyva ribadı, qandı, irindi.
Nar səğir malıdı, hədsi dərindi,
Dənəsi cəsəddə nar olacaqdır.

Hüseyn, zaiğətül-mövtü yazanda,
Şərm eylə, sal yada fəhmin azanda.
Gün hərarət edib, yerlər qızanda,
Şahi-mərdan şəfakar olacaqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR