Dərc edildi: Baxış sayı: 597
Aşıq Hüseyn Bozalqanlı - Lələ
Xəstə cismin bir cananın eşqindən,
Yanıb atəşinə, əriyir, lələ.
Hicranın ləşkəri, qəmin sultanı,
Səf çəkib üstümə yeriyir, lələ.
İstəyirəm gedəm qoyam əlimə,
Qaşlarıyla qıfıl vurur dilimə,
Zülfün kəməndini salıb belimə,
Hüsnün sütununa sarıyır, lələ.
Leyli kimi hərdən çıxır eyvana,
Məcnun tək Hüseyni eylir divana,
Əlinə götürüb şirmayi şana,
Şahmar zülflərini darıyır, lələ.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət