Dərc edildi: Baxış sayı: 544
Aşıq Hüseyn Bozalqanlı - Lalə
Xəstə cismim bir cananın ucundan,
Yanıb atəşlərə əriyir, Lalə,
Hicranın ləşkəri, qəmin sultanı,
Saf çəkib, üstümə yeriyir, Lalə.
İstəyirəm qədəm qoyum elimə,
Qaşlarıyla qıfıl vurur dilimə,
Zülfün kəməndini salıb belimə,
Hüsnün sütununa sarıyır Lalə.
Leyli kimi hərdən çıxır eyvana,
Məcnun tək Hüseyni edir divanə,
Əlinə götürüb şirmayı şana,
Şahmar zülflərini darayır Lalə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət