Dərc edildi: Baxış sayı: 396
Aşıq Heydər - Zamanənin ələyindən ələndim
Zəmanənin ələyinnən ələndim,
Can içində cana gəldim,doğuldum.
Bir pərinin xəlbirinnən keçmədim,
Bəli deyib bəlasına vuruldum.
Ağam gəlib sığal verdi telimə,
Nur dolu badəni verdi əlimə,
Qarəsindən nalə endi dilimə,
Bir kövsər gölündə batıb duruldum.
Aşıq Heydər düşüb yorğan - döşəyə,
Arvad qoymur çıxım evdən, eşiyə.
Qurban olum bunu yazan kişiyə,
Qara baxtım yatdı, özüm yoruldum.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət