Dərc edildi: Baxış sayı: 505
Aşıq Heydər - Tək qalıb
Necə dözüm, necə durub-dincəlim,
Mən ah çəkim, gərək dərddən incəlim,
Axı necə cana gəlim, dirçəlim,
Qoca Aslan yuvasında tək qalıb.
Hər tərəfdən düşmən gəlir üstümə,
Ermənilər durubdular qəsdimə,
Bilirsiniz yağıların qəsdi nə,
Bir mərd kişi obasında tək qalıb.
Aşıq Heydər səhv elədi, qanmadı,
Əmisinə canı-dildən yanmadı,
Tatlar kimi inadından dönmədi,
Ölüm-itim xanasında tək qalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət