Dərc edildi: Baxış sayı: 468
Aşıq Heydər - Sənəm gəl
Ey nazənin, ərin salam söylədi,
Hayıfsan bisahib qalma, Sənəm, gəl.
Inan sənsən bu ellərin gözəli,
Məcnunu çöllərə salma, Sənəm, gəl.
Bu bir gözəl tərlan kimin yarıdı,
Ağ məmələr Ərzincanın narıdı.
Sinən şəfa verən dağlar qarıdı,
Yazığın canını alma, Sənəm, gəl.
Cimcimədi o Düzkəndin torpağı,
Orda mərəz tapmaz insanın sağı.
Sənəm sənsən qızıl gülün yarpağı,
Bulud tək tutulub dolma, Sənəm, gəl.
Getdiyim bu yollar haqqın yoludu,
Bil ki, Aşıq Heydər Kəntər quludu.
Görürəm, cavansan canın suludu,
Tağında saralıb solma, Sənəm, gəl.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət