Dərc edildi: Baxış sayı: 592
Aşıq Heydər - Qurban olum
Güllər dərən gözəl sənin,
Əllərinə qurban olum,
Zərif, ipək, həm də çıçək,
Tellərinə qurban olum.
Şörəyelin maralısan,
Dağların quzey qarısan,
Lalədən çələng qoymusan
Güllərinə qurban olum.
Yanağın tər, dilin baldı,
Kəmalın əqlimi aldı.
Qul Heydəri xəstə saldı,
Ellərinə qurban olum.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət