Dərc edildi: Baxış sayı: 483
Aşıq Heydər - Qaldım
Ürəyim nəzilib, qəlbim əzilib,
Atadan - anadan aralı qaldım.
Elə nalə çəkdim, göylər ağladı,
O ərşü - əlaya bir səda saldım.
İlahi, pənahım bir sənsən, neynim,
Yetiməm, qəribəm, açılmaz eynim.
Gözlərim ağlardı, düyünlü çiynim,
Tale belə gətdi, qəmdən pay aldım.
Heydər, havalanma, qismət bu imiş!
Sənin qara dərdin cana yetirmiş!
Bəxtin hara getdi, ora qurumuş,
Neçə yol kövrəlib xəyala daldım!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət