Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Heydər - Olubdu

Aşıq Heydər - Olubdu
Sakura

Aşıq Heydər - Olubdu

Baxın, Məhəmmədin işinə,
El içində xar olubdu.
Uyubdu şeytan felinə,
O xənnasa yar olubdu.
El eşidib, özü də bilir,
Sanasan ki, kar olubdu.
Bəyənmir dostu- tanışı,
Bu qurumsaq kor olubdu.

Məşədi iki qoyun verib,
Bu gəda quzuya dönüb.
Saqqalı bulaşıb yala,
Nazilib tazıya dönüb.
Öksüzdə meydan açıbdı,
Deyirlər qazıya dönüb,
Vurulub dünya malına,
İşi tam ah - zar olubdu.

Doğru söz de, düşün danış,
Hədyan demə qul Heydara.
Ağlın qaçıb, huşun itib,
Başın götür vur divara.
Yahu, yahu deyə - deyə,
Əl atmışam Zülfüqara.
Adına dastan demişəm,
Mahallarda car olubdu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR