Dərc edildi: Baxış sayı: 669
Aşıq Heydər - Olsa da
Ülgücə ülgüc deyərlər
Kəsəri lap çox olsa da.
Mərdin dərdi böyük olar,
Gözü-könlü tox olsa da.
Mən nərəm deyən bərbər də,
Əsib-goşur xəlbət yerdə.
Arada saxlamaz pərdə,
Edər pisdik yox olsa da.
Heydər deyər, gədə pisdi,
Əlimdəki cam da misdi.
Bilməz soyuq, bilməz isti,
Sözü acı ox olsa da.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət