Dərc edildi: Baxış sayı: 731
Aşıq Heydər - İndi
Bizim ellər pərən düşdü, dağıldı,
Görəsən necədi oralar indi?
Yer – yudruma itin xılı yığıldı,
Neyləyim, xülüsüm daralar indi.
Hər şey əldən çıxıb, qalıb quru can,
Qəlbdə vətən dərdi, üzdə həyəcan.
Nə vaxt başa çatar görən bu hicran?
Peşımlə dolanır qaralar indi.
Aşıq Heydər, danış, görürsən işi,
Əzəllər sən idin bir adlı kişi.
Hünərdi girləsən qürbətdə başı,
Daha qaysaq tutmaz yaralar indi!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət