Dərc edildi: Baxış sayı: 598
Aşıq Heydər - Göstərim
Ay aşıq, cənbərək meydanına gəl,
Mərifət elmində sirri göstərim.
Noxtalıyım, palan salım belinə,
Sənə bəyəndiyin yeri göstərim.
Saqqalın bulaşıb quymağa - yağa,
Xub yaraşır sənin kimi ulağa.
Əgər yolun düşsə Güllübulağa,
Maral yatağında nəri göstərim.
Tapdadın arada olan hörməti,
Aşiq Heydər verdi sənə qiyməti.
Bağlayım başına güllü heyratı,
Öksüzü gəzdirim, piri göstərim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət