Dərc edildi: Baxış sayı: 597
Aşıq Heydər - Gələndə
Mərifət gözəldi, anlayib bilsən,
Susarsan əlbət ki, yeri gələndə.
Ağıllı hikmətlə özün qoruyar,
Qəflətən adamın kürü gələndə.
Səbirlə iş görən olmaz peşiman,
Vaxtında dağlardan çəkilər duman.
Müxənnət həmişə olar bədgüman,
Diksinər evinə biri gələndə.
Aşıq Heydər deyər, sən də qan sözü,
O haqqı dananın, kor olar gözü.
Sinənin altına bağlama közü,
Bəxtin qalxıb sənə bəri gələndə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət