Dərc edildi: Baxış sayı: 620
Aşıq Heydər - Gəl eşit məni
Darıxma, darılma, dərdə qayım ol.
Əlbət, tanrı verər sənə da bir yol.
Ucadan ucadı, çox adildi o,
Hər vaxt pənahında saxlayar səni,
Gəl eşit məni.
Sən ki, söz deyəsən, simsar tapılar,
Açılar üzünə bağlı qapılar.
Dərddən sınıq könlün sözlə yapılar,
Qovarsan başından dumanı-çəni,
Gəl dərddən geni.
Aşıq Heydər gördü sənin dərdini,
Həlbət bular el-obanın mərdini.
Qəm eləmə, mən bilirəm qədrini.
Gəl unut burada olub-keçəni,
Haqqa sal yönü.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət