Dərc edildi: Baxış sayı: 504
Aşıq Heydər - Dolanır
Gətirməz dünyada kəsıbın işi,
Nə olsun hər yanda uzaq dolanar.
Qurumaz hər zaman gözünün yaşı,
Yediyi qarınla pazax dolanar.
Fələyin qanunu yazılıb belə,
Çirkin-pis tuş olar türfə gözələ.
Fağırın könlünü kim alar ələ?
Demək-gülmək ona yasaq, dolanar.
Dünya görən bilir ovandı-tərsi,
Kənd-kənd dolaşmışam Çıldırı-Qarsı.
Pirim pünhan yerdə veribdi dərsi,
Demə Aşıq Heydər qoçaq dolanar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət