Dərc edildi: Baxış sayı: 337
Aşıq Əli Xanxanımoğlu - Gözəlin
Gözü badamıdı, gərdəni mina,
Şişədəndi solu, sağı gözəlin.
Kəbə qəndilidi püstanı-rəna,
Qoynu içi cəmıət bağı gözəlin.
Başına örtübdür ağ nazik cuna,
Yaxılmış əllərə al-əlvan həna.
Camalı lağ edir günə, həm dana,
Yanaqları gül yarpağı gözəlin.
Əli görməyibdi sən tək növcəvan,
Hökmündədir Gəncə, Şəki, İrəvan,
Səhər yeli əsdi, aşdı giriban,
Qoruq olub gecə bağı gözəlin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət