Dərc edildi: Baxış sayı: 1551
Aşıq Ələsgər - Yaylaq (Gözəllər seyrangahısan)
Gözəllər seyrangahısan,
Görüm səni var ol, yaylaq!
Açılsın gülün, nərgizin.
Təzə mürgüzar ol, yaylaq!
Gözüm qaldı siyah teldə,
Bülbül öldü meyli güldə.
Kimsəm yoxdu qürbət eldə,
Sən mənə qəmxar ol, yaylaq!
Mən səni görəndən bəri,
Sinəm oldu qəm dəftəri,
Yazıq Aşıq Ələsgəri
Öldür, günahkar ol, yaylaq!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət