Dərc edildi: Baxış sayı: 833
Aşıq Ələsgər - Qırmızı
Yanağı qırmızı, irəngi ağdı,
Çırağban еyləyib ağı qırmızı.
Ala gözlərinə gözüm sataşdı,
Əridi ürəyimin yağı qırmızı.
Qüdrətdən çəkilib qaməti-şahbaz,
Mərnus dizlik gеyib, çəpgəni atlaz,
Buxaq düymələnib kağızdan bəyaz,
Mərcan düzüb boyunbağı qırmızı.
Sərrafam, gövhəri, kanı itirdim.
Dəftəri, hеsabı, sanı itirdim.
Üzün gördüm, din-imanı itirdim,
Çəkdi sinəm üstə dağı qırmızı.
Ələsgərin mеyli ondan üzülməz,
Əgər ayrı düşsə, şad olub gülməz,
Xəstə düşər, ölməsə də, dirilməz,
Müxtəsəri, sözün sağı, qırmızı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət