Dərc edildi: Baxış sayı: 1519
Aşıq Alı - Nə qaldı (Gəşt elədim, bu dünyanı dolandım)
Gəşt elədim, bu dünyanı dolandım,
Əllini keçirdim, yüzə nə qaldı?
Ayaq getdi, əl gətirdi, diş yedi,
Baxmaqdan savayı gözə nə qaldı?
Ölüm haqdı, çıxmaq olmaz əmirdən,
İpək tora həlqə salma dəmirdən,
Aydı, gündü, gəlib keçir ömürdən,
Tələsirdik, görək yaza nə qaldı?
Hər yana baxıram hava məxşuşdu,
Gəzdiyim oylaqlar yadıma düşdü,
Bir gün eşidərsiz Alı da köçdü,
Sındı telli sazı, təzanə qaldı?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox