Dərc edildi: Baxış sayı: 572
Aşıq Alı - Narın üz
Yaradanım qələm çalsa gözələ,
Sən sürtəsən narın üzə narın üz.
Mənim kimi yazın dönsə tərsinə,
Həsrət olar narın üzə narın üz.
Həsrət oldum o bağçıya, o bağa,
Sinəm yanar bu düyünə, bu dağa,
Qəza vurub yoldan çıxsan qırağa
Həsrət olar narın üzə narın üz.
Bacarıram qabağında söz deyəm,
Bülbül olub bu bağlarda gözdəyəm.
Alı deyər gözəl yara söz deyəm,
Sən sürtəsən narın üzə narın üz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət