Dərc edildi: Baxış sayı: 579
Aşıq Alı - İncimərəm
Mərifətli, qabliyətli yar olsa,
Alsam da qoynuma il, incimərəm.
Qızılgülün ətrafında xar olsa,
Axıtsan eynimnən sel, incimərəm.
Məqsədini yaxşı-yaman qanıram,
Həsrətinnən alışıram, yanıram,
Əsil gözəlləri mən də tanıram,
Saxlasın yanında el, incimərəm.
Alıyam, sinəmdə olubdu yara,
Mayılam könlümü bağladam yara.
Yetirin cərraha, o loğman yara,
Ölsəm də yanında, bil, incimərəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət