Dərc edildi: Baxış sayı: 604
Aşıq Alı - İkidi
Əbcəd ilə “a” oxudum,
Ol Allahı bir bildim.
Yaradandan qeyri nə var,
Bu həyatda ikidir.
İki “sə”ni bir oxudum,
O billahi bir bildim,
O billahın hikmətində
Süd də, zat da ikidir.
Bədənində düzülübdür
Əzaların iki şər.
Ölüm-dirim ikilidir,
İkiləşər xeyir-şər.
Səbir cütsə, səbir eylə,
O cütlükdə yoxdu şər.
Usta birdir, nə yaradıb,
Hesabatı ikidir.
Cüt ünsürlər iki yerdən,
İki göydən birləşər.
Abı, atəş, xaki-baddan
Ruzi tapıb bu bəşər,
Dərin fəza boş deyildir,
Ordan yerə nur düşər…
Alı, cütlük təzaddır,
Hər bir qatda ikidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət