Dərc edildi: Baxış sayı: 800
Aşıq Alı - Görmədim
Viranə bağlara mən oldum bağban,
Almasın, heyvasın, narın görmədim.
Bivəfa sözündən çox cəfa çəkdim,
Bəslədim budağın, barın görmədim.
Vəfasız fələkdə etibar olmaz,
Ağlayan kimsədə giridar olmaz,
Hər sevən kimsədə düz ilqar olmaz,
Çoxu çox danışdı, karın görmədim.
Alıyam, mətləbim veribdi xudam,
Bütün ölkələrə yayılıb sədam.
Hərcayı gözəli məhv olsun tamam,
Namusun, qeyrətin, arın görmədim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət