Dərc edildi: Baxış sayı: 556
Aşıq Alı - Gərək (Budur gözəllərdə əzəl nişanə)
Budur gözəllərdə əzəl nişanə,
Ağ üzdə xalları ay qoşa gərək.
Yar yolunda hər cəfaya qatlana,
İlqarında dura həmişə gərək.
Badilə nimtənə, hillədən çuxa,
Mirvaridən düzə, incidən taxa,
Ay kimi bərq vura, gün kimi çıxa,
Baxanda gözlərin qamaşa gərək.
Alı deyər, canım sənə sadağa,
O büllur buxağa, lalə yanağa.
Sallanıb gedəndə gülşənli bağa,
Tamaşa boynuna tamaşa gərək.
- “Şuşa” qəzeti, 20 sentyabr 1983-cü il.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət