Dərc edildi: Baxış sayı: 571
Aşıq Alı - Gərək (Aşiqam deyibən girən meydana)
Aşiqam deyibən girən meydana,
Aşıq deyənlərdə xoş göftar gərək.
Aşıq gərək sözün vəsfə yetirə,
Bəyənə ariflər birbəbir gərək.
İgid zalım bu meydanda durmağa,
Müjgan oxun şirin cana vurmağa,
Bir nəhibəntərə qılmc vurmağa,
Ağam Əli əldə zülfüqar gərək.
Sən məni eylədin yollarında ləng,
Çaylarda balığam, dəryada nəhəng,
Mahalım Göyçədi, kəndim Qızılvəng,
Aşıq Alı mahallarda bir gərək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət